Avropa İttifaqı (Aİ) Ermənistanla viza rejiminin liberallaşdırılması ilə bağlı danışıqların başlanmasını təsdiqləyib. İyulun 22-də isə Aİ-nin xarici işlər nazirləri Ermənistana hərbi yardımın ayrılması barədə qərarı təsdiq ediblər. Ölkəyə batalyon səviyyəli bir birlik üçün 10 milyon avro dəyərində modul tipli çadır düşərgəsi veriləcək. Satınalma Avropa Sülh Fondu tərəfindən maliyyələşdiriləcək. Qurumun xarici siyasət üzrə rəhbəri Cozep Borrell bu qərarı “Aİ ilə Ermənistan arasında hərbi-texniki əməkdaşlıqda mühüm addım” adlandırıb. Ermənistanın siyasi rəhbərliyi bu qərarı “böyük uğur”, “demokratik dəyərlərin təntənəsi” kimi qiymətləndirərkən, bu ölkənin bəzi uzaqgörən siyasətçiləri həyəcan təbili çalaraq onun ölkə üçün dağıdıcı nəticələrinin olacağını proqnozlaşdırırlar. Onların fikrincə, belə bir qərarın qəbulunda şübhəsiz ki, Aİ-nin Cənubi Qafqazda öz hərbi-siyasi təsirini genişləndirmək istiqamətində apardığı geosiyasi hesablamalar mühüm rol oynayıb. Çünki təcrübə göstərir ki, “Avropa Sülh Fondu” deyilən qurum heç də sülh, sabitlik və təhlükəsizlik təşkilatı olmayıb. O, müharibə, təxribat və qanlı toqquşmaları stimullaşdıran bir qurumdur, xüsusilə əgər qurumun xarici siyasət rəhbəri Cozep Borrelldirsə... Yəni, ermənilər adına sevinmək üçün çox erkəndir.
Bu sözləri Manset.az-a açıqlamasında “İslahatçı Gənclər” İctimai Birliyinin sədri, siyasi şərhçi Fərid Şahbazlı söyləyib.
O bildirib ki, digər tərəfdən, viza rejiminin liberallaşdırılması ilə bağlı danışıqların başlanması heç də onun 3-5 günə, özü də uğurla yekunlaşması demək deyil. Xatırladaq ki, Gürcüstan-Aİ danışıqları 5 il, Moldova-Aİ danışıqları isə 3 ilə yaxın davam edib. Ukraynanın durumu isə göz qabağındadır. NATO-ya və Aİ-yə üzvlük naminə amansız müharibəyə sürüklənən bu ölkənin gələcəyi böyük bir sual altına düşüb. Ermənistanı belə bir taleyin gözləmədiyinə də heç kəs təminat verə bilməz. Daha bir vacib məqam ondan ibarətdir ki, viza rejiminin liberallaşdırılması üzrə Aİ-Ermənistan danışıqları uğurla nəticələnsə belə, bu, yaxın gələcəkdə ölkə üçün demoqrafik fəlakətlərə yol açacaq. Bundan sonra onsuz da əhali sayı barmaqla sayılacaq səviyyədə olan Ermənistanda, sözün tam mənasında, erməni qalmayacaq. Çünki milli mentalitetində “Vətən sevdası” olmayan bu etnosun təmsilçiləri tarix boyu “yaxşı həyat” istəyi ilə Argentinadan, Uruqvaydan, Hindistandan, Fransadan tutmuş Avropa, Amerika və Asiyanın bütün ölkələrinə səpələniblər. Hazırkı danışıqlar da şübhəsiz ki, həmin prosesi yalnız sürətləndirəcək.
“Nəhayət onu da qeyd edək ki, Aİ-nin “Ermənistan sevgisi”nin məqsədlərindən biri də Cənubi Qafqazdakı müharibə ocaqlarını yenidən alovlandırmaqdır. Belə ki, Azərbaycanla bu ölkə arasında davam edən sülh danışıqları bu prosesdən kənarda qalan Aİ-ni qətiyyən qane etmir. Qurum müxtəlif vasitələrlə, o cümlədən yağlı vədlər, humanitar, hərbi və kiçik maliyyə yardımları ilə Ermənistanı şirnikləndirərək, onu sülh prosesini pozmağa, revanşist hisslərə qapılmağa, yekunda isə yeni müharibə həvəsinə düşməyə vadar edir. Belə bir müharibənin Ermənistan üçün nələrə səbəb olacağı isə Aİ-nin vecinə deyil. Bundan əlavə, Ermənistanı üzvü olduğu hərbi-siyasi bloklardan, Rusiya ilə imzalanmış ikitərəfli və kollektiv müqavilələrdən çıxmağa məcbur edərək, Cənubi Qafqazda möhkəmlənməyə çalışan Qərb onu açıq-aşkar “yem” olaraq Rusiyanın önünə atır. Çünki bu gün Ermənistan Rusiyanın var olduğu yeganə Cənubi Qafqaz respublikasıdır. Onun Qərbdən gələn bu cür təhlükələrə laqeyd qalacağı heç də inandırıcı görünmür. Bizə isə yalnız Ermənistana “ağıllı olun” demək düşər”, - deyə Fərid Şahbazlı qeyd edib.
Avropa İttifaqı-Ermənistan danışıqları regiona və İrəvana nələr vəd edir? - RƏY
23:45 - 05 Avqust 2024
Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun Keçid et
Digər xəbərlər
23 Dekabr 2025 - 13:51
Mayor 300 minlik dələduzluqda ittiham olunur
23 Dekabr 2025 - 13:35
Prezident Xankəndiyə getdi - FOTOLAR
23 Dekabr 2025 - 12:36
Yeni informasiya sistemi layihəsi qəbul edildi
23 Dekabr 2025 - 12:13
MÜSİAD Azərbaycanın İdarə Heyətinə yeni sədr seçildi
23 Dekabr 2025 - 11:48
Qırmızı Ürəklər Fondu 5 il ərzində minlərlə insanın həyatına toxundu
23 Dekabr 2025 - 11:28
308 nömrəli məktəbdə uşaqlar "donur" - 10 gündür istilik yoxdur
23 Dekabr 2025 - 11:06
Bakıda beynəlxalq konfrans keçirilir
23 Dekabr 2025 - 10:59
Yük avtomobilindən düşən çəllək təhlükə yaratdı - ANBAAN GÖRÜNTÜ
23 Dekabr 2025 - 10:48
Qəzada həlak olan hakim tanınmış prokurorun xanımı imiş
23 Dekabr 2025 - 10:42
Azərbaycan elminə AĞIR İTKİ - FOTO
23 Dekabr 2025 - 10:27
Bu şirkətlərin təyyarələri Bakı aeroportuna məcburi eniş etdi
23 Dekabr 2025 - 09:17
Bakının bu ərazilərində işıq olmayacaq
Xəbər xətti
- 23 Dekabr 2025
- 14:08 “Azərbaycanda 24 ay ərzində 12 layihə həyata keçirəcəyik” - Fuad Kayhan
- 13:51 Mayor 300 minlik dələduzluqda ittiham olunur
- 13:35 Prezident Xankəndiyə getdi - FOTOLAR
- 13:17 Fikrət Qocanın 90 illiyinə həsr olunan konsert keçirildi - FOTOLAR
- 12:59 Bakıda uşaq bağçasında YANĞIN
- 12:36 Yeni informasiya sistemi layihəsi qəbul edildi
- 12:19 Piyada keçidində belə vuruldu – ANBAAN VİDEO
- 12:13 MÜSİAD Azərbaycanın İdarə Heyətinə yeni sədr seçildi
- 11:48 Qırmızı Ürəklər Fondu 5 il ərzində minlərlə insanın həyatına toxundu
- 11:35 Bakıda 64 yaşlı kişi pilləkəndən yıxılaraq öldü
- 11:28 308 nömrəli məktəbdə uşaqlar "donur" - 10 gündür istilik yoxdur
- 11:14 Fenomenal liderlik və strateji qərarvermə nümunəsi - Uğur formulunun mərkəzində İlham Əliyev faktoru
- 11:13 Putin bu ölkədən diplomatları geri çağırır
- 11:10 Milli Məclis İlham Əliyevi təbrik etdi
- 11:06 Bakıda beynəlxalq konfrans keçirilir
- 10:59 Yük avtomobilindən düşən çəllək təhlükə yaratdı - ANBAAN GÖRÜNTÜ
- 10:48 Qəzada həlak olan hakim tanınmış prokurorun xanımı imiş
- 10:42 Azərbaycan elminə AĞIR İTKİ - FOTO
- 10:27 Bu şirkətlərin təyyarələri Bakı aeroportuna məcburi eniş etdi
- 10:23 Hakimin öldüyü qəzanın görüntüləri - VİDEO
- 10:14 Trampın sensasiyalı görüntüləri yayıldı - FOTOLAR
- 10:01 Məşhur aktyor dünyasını dəyişdi - FOTO
- 09:46 200 manatlıq yardım kimlərə veriləcək? - AÇIQLANDI
- 09:31 Ankarada bu küçəyə Üzeyir Hacıbəylinin adı verildi - FOTO
- 09:17 Bakının bu ərazilərində işıq olmayacaq
- 09:05 Xəzərdə güclü ZƏLZƏLƏ
- 08:57 Paytaxtın bu küçələrində sıxlıq var
- 08:30 Saqqız çeynəməyin xoşagəlməz nəticələri
- 08:00 Mandarin qabığı təhlükəlidir
- 07:30 Qoxuların insanlara təsiri
- 01:30 Hansı çay əhvalı yaxşılaşdırır?
- 00:30 Qanda şəkər miqdarını nizamlamağın sadə yolu
- 22 Dekabr 2025
- 23:51 Meteohəssas insanların NƏZƏRİNƏ
- 23:48 Anar Məmmədxanovun ailəsinə AĞIR İTKİ - FOTO
- 23:34 Bacı-qardaşın ölümünün detalları - VİDEO
- 23:17 Şəhid bacısı Ağcabədidə qəzaya düşdü : Yaralılar var - FOTO
- 23:04 PSJ baş məşqçisi ilə ömürlük müqavilə imzalayır?
- 22:48 Göyçayda 2 ev birdən yandı - FOTOLAR
- 22:34 Türkiyədə QƏZA - Yaralılar var
- 22:17 "Sabah" Premyer Liqada "qış çempionu" oldu
- 21:54 Ceyhun Bayramov Ərgüc Kələntərlini qəbul etdi - FOTO
- 21:39 Gürcüstanın Baş naziri İlham Əliyevi təbrik etdi
- 21:26 Ceyhun Rəhmanov yeni vəzifəyə təyin olundu
- 21:12 “Şuşaya hücum hazırlayan məsul şəxs o idi” - Məhkəmə
- 20:51 Azərbaycanda gənc hakim yol qəzasında həlak oldu - FOTO
- 20:30 İstanbul-İrəvan aviareysinin sayı artırılacaq
- 20:12 11 ərazidə qaz kəsiləcək - XƏBƏRDARLIQ
- 19:56 Məşhur müğənni vəfat etdi - FOTO
- 19:43 İş adamının qızı evində ölü tapıldı – 6 ay əvvəl ana olmuşdu - FOTO
- 19:29 Aleksandr Beqlov İlham Əliyevi təbrik etdi
- 19:11 Mədəni irsdən dayanıqlı gələcəyə - Azərbaycanın şəhərsalma və memarlıq strategiyası