Xəbər verdiyimiz kimi, AZAL-a məxsus təyyarənin qəzaya uğraması ilə əlaqədar Azərbaycanda 26 dekabr tarixində matəm elan olunub.
Manset.az xəbər verir ki, bununla əlaqədar ölkə ərazisində dövlət bayrağı yarıya qədər endirilib.
Bundan başqa, şəhər mərkəzində qurulan yolkalardakı bəzəkli işıqlar söndürülüb.