Oğurladıqları bank kartı ilə bilet alıb, 500 min UDDULAR - ŞOK OLAY

20:00 - 22 Fevral 2025

Oğurladıqları bank kartı ilə bilet alıb, 500 min UDDULAR - ŞOK OLAY

Fransada iki evsiz şəxs oğurladıqları bank kartı ilə lotereya bileti alıb və 500 min avro qazanıb.

 

Manset.az xəbər verir ki, bu barədə “Le Figaro” nəşri məlumat yayıb.

Məlumatda bildirilir ki, onlar pulu ala bilməyib. Lotereyanın təşkilatçısı oğurluqdan xəbər tutandan sonra ödənişi dondurub. Hüquqşünaslar uduşun bileti alan şəxslərə, yoxsa kart sahibinə məxsus olduğunu müəyyən etməyə çalışır.

Zərərçəkən qalibləri vəkili ilə əlaqə saxlamağa çağıraraq pulu bölüşməyi təklif edib:

“Mənsiz onlar bu pulu qazana bilməzdilər, amma onlar olmasa, mən də bu bileti almamış olardım”.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az