Lənkəran rayonunda “Azercell”in əməkdaşını iş zamanı elektrik cərəyanı vurub.
Manset.az İqtisadiyyat.az-a istinadla xəbər verir ki, hadisə rayonun Gərgiran kəndində qeydə alınıb.
Məlumata görə, mobil operator şirkətinin enerji mühəndisi vəzifəsində çalışan, Cəlilabad rayonunun Günəşli kənd sakini, 1986-cı il təvəllüdlü Rusif Nurəddin oğlu Əmənovu elektrik cərəyanı vurub.
O, ətrafdakı insanların köməkliyi ilə dərhal Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Vəziyyətinin ağır olması səbəbindən R.Əmənov reanimasiya şöbəsinə yerləşdirilib və onun vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.