Anar Əsədli həbs edildi

19:12 - 24 Oktyabr 2025

Anar Əsədli həbs edildi

Azərbaycan Yüksəliş Partiyasının (red.-ləğv edilib) sədri Anar Əsədli həbs edilib.


Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsi belə qərar çıxarıb.

Zərərçəkmiş şəxs A.Əsədli barəsində seçilmiş başqa yerə getməmək haqda qətimkan tədbirinin həbslə əvəz edilməsini istəyib.

Məhkəmə vəsatəti əsaslı sayaraq təmin edib. Anar Əsədli elə zalda həbs edilərək istintaq təcridxanasına göndərilib.

Məlumatı onun vəkili Hikmət Əliyev saytımıza təsdiq edib.

Qeyd edək ki, Anar Əsədli barəsində 3 il əvvəl külli miqdarda dələduzluq maddəsilə başlanmış cinayət işi bu yaxınlarda Baş Prokurorluq tərəfindən yenilənib. İş baxılması üçün məhkəməyə göndərilmişdi.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az