“Face studio”nun rəhbəri övladını anasından alacaqmı? - Kassasiya şikayətinə baxılacaq

12:41 - 14 Noyabr 2025

“Face studio”nun rəhbəri övladını anasından alacaqmı? - Kassasiya şikayətinə baxılacaq

“Face Studio” gözəllik salonlarının, bir sıra biznes obyektləri və restoranların sahibi Rüfət Bədirovla onun keçmiş həyat yoldaşı, tanınmış rəssam Fidan Həsənova arasında məhkəmə çəkişmələri davam edir.


Manset.az-ın əldə etdiyi məlumata görə, “Face Studio”nun rəhbəri Rüfət Bədirov keçmiş həyat yoldaşı, tanınmış rəssam Fidan Həsənovadan azyaşlı övladı Xanı almaq istəyir. Keçirilən məhkəmə proseslərində həm birinci instansiya məhkəməsi, həm də Apellyasiya Məhkəməsi Rüfət Bədirovun xeyrinə müəmmalı qərar verib. Daha sonra Fidan Həsənova vəkili vasitəsilə Ali Məhkəməyə müraciət edib. Ali Məhkəmə də azyaşlı uşağın ana — Fidan Həsənovadan alınaraq ataya verilməsi barədə sensasion qərar çıxarıb. Fidan Həsənova isə övladına görə mübarizəni davam etdirərək Ali Məhkəmənin qərarından sonra əlavə kassasiya şikayəti verib. Yaxın günlərdə kassasiya şikayətinə baxılıb-baxılmayacağı məlum olacaq.

Onu da bildirək ki, Azərbaycan qanunlarına görə, azyaşlı uşaq ailə dağıldığı zaman əsasən ananın himayəsində qalır. Uşağın himayəsinin anadan alınaraq ataya verilməsi üçün ciddi əsaslar olmalıdır. Məsələn, ananın psixoloji problemləri varsa, narkomaniya, alkoqolizm və ya hər hansı ağır xəstəlikdən əziyyət çəkirsə, bu hallar uşağın rifahına və tərbiyəsinə mənfi təsir göstərə bilərsə, eləcə də ana uşağa qarşı qəddar davranış sərgiləyirsə, bu zaman məhkəmə yolu ilə uşaq anadan alınaraq atanın himayəsinə verilə bilər. Hazırda Fidan Həsənovada qeyd olunan faktların heç biri özünü göstərmir.

Fidan Həsənovanın vəkili Ramin Məmmədov qeyd edib ki, Ailə Məcəlləsinin tələblərinə əsasən, 7 yaşından böyük uşaqların qismən, 10 yaşından böyük uşaqların isə mütləq şəkildə ailədə onların maraqlarına toxunan məsələlərlə bağlı fikir bildirmək hüququ var. Rüfət Bədirov və Fidan Həsənovanın övladı Xanın isə hazırda 5, saziş bağlanarkən isə 3 yaşı olub. Saziş bağlanarkən 3, hazırda isə 5 yaşı olan azyaşlının heç bir əsas olmadan anadan ayrılıb ataya verilməsi tamamilə qanunvericiliyə ziddir.

Qeyd edək ki, iş adamı Rüfət Bədirovla tanınmış rəssam Fidan Həsənova arasında bir müddətdir məhkəmə çəkişmələri davam edir. Məhkəmə prosesləri ilə bağlı qalmaqallar da yaranıb. Fidan Həsənova həyat yoldaşı və 9 saylı mediasiya təşkilatı tərəfindən aldadıldığını qeyd edib. Bu barədə hər iki tərəf arasında baş verən qalmaqallar və ilkin məlumatlar daha əvvəl saytımız tərəfindən yayımlanmışdır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az