Partlayışlar olacaq - Nazirlikdən XƏBƏRDARLIQ 

09:28 - 29 Dekabr 2025

Partlayışlar olacaq - Nazirlikdən XƏBƏRDARLIQ 

Pirəkəşkül və Ağdərədə dekabrın 29-dan 30-na qədər müddəti başa çatmış və istifadəyə yararsız döyüş sursatları məhv ediləcək.


Manset.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi (MN) məlumat yayıb.

Qeyd edilib ki, istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqonda, həmçinin Ağdərə rayonu ərazisindəki təlim mərkəzində məhv edilməsi prosesi həyata keçiriləcək.

"Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq", - deyə MN-dən bildirilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az