Bakıda məşhur meyxanaçının qəfil səhhəti pisləşdi - Xəstəxanaya yerləşdirildi 

12:44 - 29 Dekabr 2025

Bakıda məşhur meyxanaçının qəfil səhhəti pisləşdi - Xəstəxanaya yerləşdirildi 

"Kəlmə-kəlməyə" layihəsinin iştirakçısı, tanınmış meyxana ustadı Vüqar Qobulu xəstəxanaya yerləşdirilib.


Manset.az Musavat.com-a istinadən xəbər verir ki, meyxanaçının səhhətində qəfil problem yaranıb.

O, təcili tibbi yardım vasitəsilə xəstəxanaya çatdırılıb. Hazırda meyxanaçı həkimlərin nəzarəti altındadır.

Onun səhhətinin vəziyyəti ilə bağlı ətraflı məlumat verilməyib. Yaxınlarının bildirdiyinə görə, Vüqar Qobulunun müalicəsi davam etdirilir.

Qeyd edək ki, bir müddət öncə Vüqar Qobulu yarışmada qalib gələrsə, evlənəcəyini bildirmişdi:

"Maddiyyat evlilikdə böyük rol oynayır. Pul qazansam, birinci özümə toy edəcəyəm. Subay qalmaq günahdır. Ailə qurub, toy edərdim. Qalan pula da maşın alardım".  


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az