Çiy süd zəhərləyir?

01:30 - 10 Yanvar 2026

Çiy süd zəhərləyir?

Çiy süd bakterial xüsusiyyətlərə malik içki hesab edildiyi üçün geniş şəkildə tövsiyə olunmur. Mütəxəssislər, tərkibində bakteriya riski daşıdığına görə çiy südün ehtiyatla istehlak edilməli olduğunu bildirirlər. Bəs hansı süd daha faydalıdır: Pasterizə olunmuş, yoxsa çiy süd? 


Manset.az Ölkə.az-a istinadən xəbər verir ki, son illərdə “təbii qidalanmaya dönüş” trendi ilə birlikdə çiy süd ən çox müzakirə olunan mövzulardan birinə çevrilib. Bəziləri onun ən saf və qidalı hal olduğunu düşünür, mütəxəssislər isə məsələnin riskli tərəfinə diqqət çəkirlər.

Xüsusilə sosial medianın təsiri artdıqca, marketlərdə satılan pasterizə olunmuş süd əvəzinə qapımıza gətirilən və ya qəssablardan, küçə satıcılarından alınan “çiy süd”ə maraq xeyli artıb. 

TƏBİİLİK, YOXSA RİSK?

Çiy süd sağıldıqdan sonra heç bir istilik emalından (pasterizasiya və ya qaynatma) keçməyən süddür. Bir çox insan bu südün vitaminlərinin “ölmədiyini” və daha faydalı olduğunu düşünərək ona üstünlük verir.

Lakin mütəxəssislər xatırladır ki, süd sağım mərhələsindən süfrəyə gələnə qədər Brusella, Salmonella və E. coli kimi ciddi xəstəliklərə səbəb ola bilən bakteriyalar üçün ideal çoxalma mühitidir. Çiy südün təbii olması doğrudur, amma yaratdığı risklər də son dərəcə ciddidir.

Daxili Xəstəliklər üzrə mütəxəssis Dr. Mücahit Gür, süddən keçən brusella xəstəliyinin zoonoz (heyvandan insana keçən) bakterial infeksiya olduğunu qeyd edərək bildirir:

“Süd və süd məhsulları ilə daha çox yayıldığı üçün küçədən alınan süd lazımi qədər qaynadılmadıqda risk çox yüksək olur. Süd və süd məhsulları ilə yoluxma riski ət məhsullarından daha fazladır. Buna görə də südü yaxşı qaynatmaq və pastörizə olunmuş məhsullara üstünlük vermək xəstəliyin yayılma riskini azaldır. Xüsusilə ölkəmizdə qoyun südü ilə yoluxma halları çoxdur, ona görə də qoyun südü mütləq yaxşı qaynadılmalıdır. Kaşar pendiri və qatıq kimi məhsullarda yoluxma riskinin çox aşağı olduğu bilinir. Bu səbəbdən təzə pendir istehlakı məhdudlaşdırılmalı, süd isə ən azı 10 dəqiqə qaynadılmalıdır.”

Qida təhlükəsizliyi üzrə mütəxəssislər və həkimlər çiy süd mövzusunda bir neçə əsas məqamda həmfikirdirlər. Südün təmiz görünməsi onun təhlükəsiz olduğu anlamına gəlmir. Laboratoriya şəraiti olmadan bu bakteriyaları aşkar etmək mümkün deyil. Gözlə görünməyən bu mikroorqanizmlər sağlamlığı ciddi şəkildə təhlükə altına ala bilər.

Xüsusilə uşaqlar, hamilə qadınlar, yaşlılar və immun sistemi zəif olan şəxslər üçün çiy südün istehlakı həyati risk daşıyır.

Evdə südü uzun müddət qaynatmaq bakteriyaları məhv etsə də, eyni zamanda südün tərkibindəki həssas vitamin və zülal strukturunun pozulmasına səbəb olur. Yəni “təbii kalsium alım” deyərkən südün qida dəyərini öz əlimizlə azalda bilərik. “Çiy süd alıb qaynadaram, özüm də, uşaqlarım da içər” deyənlər çox olsa da, mütəxəssislər bunun sağlam vərdiş olmadığını düşünürlər.

“MƏN HƏMİŞƏ İÇİRƏM, HEÇ NƏ OLMAYIB” DEMƏYİN!

Cəmiyyətdə geniş yayılmış “mən illərdir içirəm, heç nə olmur” fikri təhlükəsizlik göstəricisi deyil. Bakterial infeksiyalar bəzən dərhal deyil, aylar sonra oynaq ağrıları və ya xroniki xəstəliklər şəklində üzə çıxa bilər.

Mütəxəssislər vurğulayırlar ki, etibarlı markaların tətbiq etdiyi pastörizasiya kimyəvi proses deyil, sadəcə südün saniyələr içində qızdırılıb soyudularaq zərərli bakteriyalardan təmizlənməsidir.

Südün dadını və təbiiliyini sevənlər üçün ən doğru seçim - nəzarətdən keçmiş, soyuq zənciri qorunmuş və etibarlı mənbələrdən əldə edilən süddür. Riskləri minimuma endirmək və südün qida dəyərindən maksimum faydalanmaq istəyənlər üçün isə günlük pasterizə olunmuş (xüsusilə şüşə qabda satılan) süd mütəxəssislərin əsas tövsiyəsidir.

Heç bir risk almaq istəməyənlər üçün badam südü, yulaf südü və soya südü kimi bitki mənşəli alternativlər mövcuddur. Lakin unutmaq olmaz ki, bu süd növləri heyvani südün verdiyi qida dəyəri və kalsium miqdarını tam əvəz edə bilmir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az