Azərbaycanda ət ucuzlaşır? - VİDEO

22:14 - 23 Mart 2026

Azərbaycanda ət ucuzlaşır? - VİDEO

Bölgələrdə ət fərqli qiymətlərə təklif edilir. Bir rayonda ətin qiymətində cüzi artım, digərində enmə müşahidə olunur.


Manset.az Xəzər TV-yə istinadən xəbər verir ki, İsmayıllıda bayramdan sonra ətin qiymətində nisbətən artım var.

Bayram ərəfəsində satışın artırılması məqsədilə ət məhsullarında müəyyən endirimlər tətbiq olunsa da, indi qiymət yenidən cüzi artıb. Məsələn, İsmayıllıda dana əti 15, quzu əti 17 manata təklif olunur.

Şəkidə isə əksinə, son günlərdə ətin qiymətində enmə müşahidə edilir. Burada dana əti 13-15 manat arasında dəyişir.

Alıcılar ətin qiymətindən razı olduqlarını bildirirlər. O da bildirilir ki, son 10 gündə ətin ucuzlaşması müşahidə olunur.



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az