Mayda 5 gün ardıcıl iş olmayacaq

09:41 - 30 Mart 2026

Mayda 5 gün ardıcıl iş olmayacaq

May ayında Azərbaycanda beş gün ardıcıl iş olmayacaq.


Manset.az xəbər verir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının qərarına əsasən, 27-28 may tarixləri Qurban bayramına təsadüf edir.

Həmçinin, 28 may tarixində Müstəqillik Günü qeyd olunacaq.

Əmək Məcəlləsinin tələblərinə əsasən, bayram günlərinin üst-üstə düşməsi ilə əlaqədar əlavə istirahət günü müəyyən edilir və 29 may tarixi də qeyri-iş günü olacaq.

30-31 may tarixləri isə şənbə və bazar günlərinə təsadüf edir.

Beləcə beş günlük iş həftəsində çalışanlar üçün 27-31 may tarixləri qeyri-iş günü sayılacaq. 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az