Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) sabiq departament müdiri Fidan Mahmudova yeni vəzifəyə təyin olunub.
Manset.az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, o, müvafiq əmrlə İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Əmək Mərkəzində fəaliyyətə başlayıb.
F.Mahmudova fəaliyyətini artıq İƏT-in Əmək Mərkəzində Çoxtərəfli əlaqələr və strateji tərəfdaşlıq departamentinin direktoru vəzifəsində davam etdirir.
Qeyd edək ki, İƏT-in Əmək Mərkəzi Bakıda yerləşir. Qərargahı Bakı şəhərində olmaqla İƏT-in Əmək Mərkəzi 2023-cü ildə yaradılıb.