logo
logo logo
logo

Azərbaycanın 3 ölkə ilə sərhəd olan rayonunun yarandığı gündür - FOTO

13:27 - 28 Avqust 2026

Azərbaycanın 3 ölkə ilə sərhəd olan rayonunun yarandığı gündür - FOTO

Bu gün qədim və zəngin tarixə, özünəməxsus milli-mənəvi dəyərlərə malik Sədərək rayonunun yaradılmasının 36-cı ildönümü qeyd olunur.


Manset.az xəbər verir ki, 1990-cı il avqustun 28-də yaradılan Sədərək rayonu ötən 36 il ərzində mühüm inkişaf yolu keçmiş, sosial-iqtisadi və ictimai həyatın müxtəlif sahələrində əhəmiyyətli nailiyyətlər əldə etmişdir.

Sədərək rayonu tarixən Azərbaycanın dövlətçilik ənənələrinin, milli iradəsinin və vətənpərvərlik ruhunun yaşadıldığı ərazilərdən biri olmuşdur. Rayon sakinləri hər zaman ölkəmizin ərazi bütövlüyünün və dövlət müstəqilliyinin qorunmasına öz layiqli töhfələrini vermişlər. 1990-1993-cü illərdə "Sədərək döyüşləri" zamanı rayon əhalisi qəhrəmanlıq göstərərək öz torpaqlarının işğalçılardan qorumuşdur. Bununla bağlı Ümummilli Lider Heydər Əliyev də "Sədərək qeyrət qalasıdır" məşhur ifadəsini işlətmişdir. 1990-1993-cü illərdə "Sədərək döyüşləri"ndə rayon 100-dən çox şəhid verib. Müstəqil Azərbaycanın ilk milli qəhrəmanlarından olan Məhərrəm Seyidov məhz "Sədərək döyüşləri" zamanı qəhrəmancasına döyüşərək şəhid olub və ona Milli Qəhrəman adı verilib. 

İnanırıq ki, dövlətimizin diqqət və qayğısı sayəsində Sədərək rayonu bundan sonra da inkişaf edəcək, qarşıya qoyulan məqsədlər və müəyyən edilmiş hədəflər uğurla həyata keçiriləcəkdir.

Sədərək rayonunu fərqləndirən ən mühüm cəhətlərdən biri də onun 3 ölkə ilə - Türkiyə, İran, Ermənistanla sərhəddə yerləşməsidir. Qardaş Türkiyə ilə yeganə gömrük sərhədimiz - Dilucu sərhəd keçid məntəqəsi də burada yerləşir. Bu da Sədərəyin strateji cəhətdən əhəmiyyətini artırır. 


Manşet.az 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az