logo
logo logo
logo

İTV 21 yaşını qeyd edir

10:19 - 29 Avqust 2026

İTV 21 yaşını qeyd edir

Bu gün İctimai Televiziyanın (İTV) 21 yaşı tamam olur.


İTV 2005-ci il avqustun 29-da fəaliyyətə başlayıb.

21 illik fəaliyyəti dövründə böyük inkişaf yolu keçən, maraqlı layihələrə imza atan telekanal bu gün tamaşaçıların sevgisini qazanmağı bacarıb.

İctimai Televiziya Azərbaycanın zəngin və rəngarəng efir məkanında fərqli - ictimai yayım prinsiplərinə uyğun proqram siyasəti yürüdüb. Belə ki, mötəbər idman yarışları, Futbol üzrə Avropa Çempionatı, Olimpiada və Paralimpiya Oyunları İTV-də nümayiş olunub. Kanal həm də dünyada məşhur olan serialları alıb səsləndirərək tamaşaçılara təqdim edir.

İTV-nin efirindəki bütün filmlər və cizgi filmləri lisenziya əsasında yayımlanır.

44 günlük Vətən müharibəsi dönəmində də İctimai Televiziya informasiya müharibəsinin ilk sıralarda yer alıb.

Manset.az kollektivi İTV əməkdaşlarını təbrik edir, onlara fəaliyyətlərində uğurlar arzulayır!


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az