Eldar Əzizov bu şəxsi yüksək vəzifəyə TƏYİN ETDİ

17:29 - 23 Mart 2022

Eldar Əzizov bu şəxsi yüksək vəzifəyə TƏYİN ETDİ

Bakı Şəhər İcra Hakimiyyətində (BŞİH) yeni təyinat olub.

 

Manset.az Qaynarinfo-ya istinadən xəbər verir ki, Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Mənzil-Kooperativ Təsərrüfatı İdarəsinin direktor vəzifəsini Fətiyev Elman Yaşar oğluna həvalə edib.

Bundan əvvəl Bakı Şəhər İcra Hakimiyyətinin Aparat rəhbəri Elgin Həbibullayev Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı təyin olunduğundan Mənzil-Kooperativ Təsərrüfatı İdarəsinin direktoru Ayaz İmaməliyev sözügedən vəzifəyə gətirilib.

Qeyd edək ki, Elman Fətiyev buna qədər Bakı Şəhər Ekspertiza Mərkəzinin direktoru vəzifəsində çalışıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az