Bakıda 31 yaşlı qadın bazarda alış-veriş edərkən bıçaqlanıb.
Manset.az xəbər verir ki, DİN Mətbuat xidmətindən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, hadisə bu gün səhər saatlarında Nizami rayonunda baş verib. Belə ki, Qara Qarayev prospektində yerləşən 8-ci kilometr bazarında (“Vosmoy”) olan zaman 1991-ci il təvəllüdlü A.Şükürovaya bıçaqla ağır xəsarətlər yetirilib.
Araşdırmalarla hadisəni törədən şəxsin əri, 1987-ci il təvəllüdlü Pənah Şükürov olduğu müəyyən edilib. P.Şükürov polis əməkdaşları tərəfindən tutulub.
Qadın xəstəxanaya çatdırılıb, vəziyyəti orta-ağırdır.
Araşdırma davam etdirilir.