Şəfiqə Məmmədovanın ittifaqı istefalara "yox" - Açıqlamalar isə var deyir

16:40 - 26 Yanvar 2023

Şəfiqə Məmmədovanın ittifaqı istefalara \"yox\" - Açıqlamalar isə var deyir

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı (ARKİ) istefalarla bağlı məlumatlara münasibət bildirib.

 

Manset.az xəbər verir ki, ittifaqdan bildirilib ki, ARKİ-nin Nizamnaməsinə əsasən səbəbindən asılı olmayaraq istənilən üzv olan şəxs istənilən vaxt üzvlükdən imtina etməklə əlaqədar ərizə ilə müraciət edə bilər.

“Mətbuatda adları təqdim edilən ARKİ-nin bəzi üzvlərinin üzvlükdən imtina etməsi ilə əlaqədar bildiririk ki, üzvlükdən imtina ilə əlaqədar ARKİ-yə heç bir müraciət daxil olmayıb. Adları mətbuata təqdim edilən bəzi üzvlərlə əlaqə saxlanılıb, lakin həmin üzvlər xəbəri mətbuatdan eşitdiklərini və üzvlükdən imtina barədə nə şifahi, nə də yazılı müraciət etmədiklərini ifadə edərək əksinə adlarından istifadə edərək bu xarakterli məlumatın yayılmasına tənqidi yanaşdıqlarını bildiriblər”, - qurumun saytındakı açıqlamada deyilir.

Qeyd edək ki, daha əvvəl ARKİ-nin 20-yə yaxın üzvü qurumu tərk edib.

Əlavə:

Bildirmək istəyirik ki, Manset.az xəbər portalı olaraq istənilən xəbərə hər zaman qərəzsiz və tərəfsiz münasibət nümayiş etdirmişik. Biz istefa vermiş şəxslərlə əlaqə saxlamışıq və onlar öz açıqlamalarında təsdiq ediblər ki, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı sıralarından istefa veriblər. Bununla bağlı səs yazıları Manset.az xəbər portalının arxivində var.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az