Bakıda binanın mansardında tikilən əlavə balkon sökülür - YENİLƏNDİ (FOTO+VİDEO)

16:34 - 28 Yanvar 2023

Bakıda binanın mansardında tikilən əlavə balkon sökülür - YENİLƏNDİ (FOTO+VİDEO)

Bakı şəhərində binanın mansardında inşa edilmiş əlavə balkon sökülür.

 

Manset.az xəbər verir ki, artıq əraziyə Səbail Rayon İcra Hakimiyyəti (RİH) başçısının müavini Vüqar Şıxəmmədov və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları gəliblər.

Qeyd edilən məsələ ilə bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən edilmiş müraciətə əsasən, binaya əlavə edilmiş tikilinin aidiyyəti dövlət qurumları tərəfindən söküntüsünə başlanılıb.

Hazırda mansardda tikilən balkonun sökülməsi üçün müvafiq tədbirlər görülür.

15:02

Səbail Rayon İcra Hakimiyyəti Bakı şəhərində binanın mansardına əlavə balkonun inşa edilməsi ilə bağlı yayılan görüntülərə münasibət bildirib.

Manset.az xəbər verir ki, qurumdan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, sözügedən məsələ ilə əlaqədar araşdırma aparılıb:

“Tərəfimizdən aidiyyəti qurumlara müraciətlər ünvanlanıb. Araşdırmanın nəticəsi olaraq qeyd etmək istəyirik ki, çoxmənzilli yaşayış binasına olunan dəyişiklik uzun illər bundan öncə edilib”.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən isə Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, binaya edilmiş bu əlavə yeni deyil:

“Bununla bağlı tədbir görülməsi üçün Səbail Rayon İcra Hakimiyyətinə və Fövqəladə Hallar Nazirliyinə müraciət yönlədirilib”.

11:44

Bakı şəhərində binanın mansardına əlavə balkon inşa edilib. 

Manset.az Oxu.Az-a istinadən xəbər verir ki, balkon Səbail rayonunda yerləşən çoxmərtəbəli binaların birində artırılıb. 

Belə ki, binanın üst mərtəbəsində, mansardına bir balkon artırılıb. 

Həmin fotonu Samirə Yaşar adlı sosial şəbəkə istifadəçisi paylaşıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az