“Heydər zirvəsi”nə yürüş təşkil edildi - FOTOLAR

14:13 - 20 Oktyabr 2023

“Heydər zirvəsi”nə yürüş təşkil edildi - FOTOLAR

Cəmiyyətin və Medianın İnkişafı İctimai Birliyinin təşkilatçılığı  ilə “Heydər zirvəsi”ə yürüş təşkil edilib.  

 

Bu barədə təşkilatdan Manset.az-a məlumat verilib.  

Məlumatda bildirilir ki,  Cəmiyyətin və Medianın İnkişafı İctimai Birliyi Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə  reallaşdırılan “Heydər Əliyev irsinin gənc nəsil arasında təbliği” adlı layihənin icrasını  davam etdirir.  Bu günlərdə layihə çərçivəsində  nəzərdə tutulan tədbirlərdən biri, “Heydər zirvəsi”nə  yürüş  baş tutub.   

Cəmiyyətin və Medianın İnkişafı İctimai Birliyinin nümayəndləri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları, tanınmış jurnalistlər, bloqerlər, qazilərin qatıldığı yürüş  Fəxri Xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarının ziyarəti ilə başlayıb. Yürüş iştirakçıları  Ulu öndərin məzarı üzərinə gül dəstələri qoyub,  əziz xatirəsini ehtiramla anıblar.  Sonra  görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarı ziyarət olunub. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarı üzərinə gül dəstələri qoyulub. 

Zirvəyə Xınalıq kəndi yaxınlığından başlayan yürüş  Böyük Qafqazın Başdağ silsiləsinin Qızıl Qaya massivində, 3751 metr hündürlükdə yerləşən “Heydər zirvəsi”ndə başa çatıb. Yürüş iştirakçıları çətin relyef və hava şəraitinə baxmayaraq qarşıya qoyulan məqsədə nail olublar.  Yürüş iştirakçıları  Ulu Öndər Heydər Əliyevin barelyefi önünə gül dəstələri qoyub, ruhuna dualar oxuyublar.   Yürüşdə  iştirak edən  ekologiya və təbii sərvətlər nazirinin müşaviri Firdovsi Əliyev və  Cəmiyyətin və Medianın İnkişafı İctimai Birliyinin sədri, layihə rəhbəri  Lalə Azərtaş tədbirin mənəvi əhəmiyyətindən danışıblar. 

Zirvədə qazi-xanəndə Əvəzxan   Əzizov Ulu öndərin xatirəsinə  həsr olunan  “Sən elə bir zirvəsən” mahnısını  ifa edib. 

Qeyd edək ki,  yürüş zamanı aparılan çəkiliş əsasında qısametrajlı sənədli film  hazırlanaraq ictimaiyyətə təqdim olunacaq.  

Xatırladaq ki, Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 29 sentyabr 2022-ci il tarixli Sərəncamına əsasən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi “Heydər Əliyev İli”nə həsr olunan qrant müsabiqəsi elan edib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az