İstanbulda azərbaycanlı güllələndi - VİDEO

08:51 - 24 İyun 2021

İstanbulda azərbaycanlı güllələndi - VİDEO

Türkiyənin İstanbul şəhərində azərbaycanlı sürücüyə silahlı hücum olub.

Manset.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, Küçükçekmecenin Halkalı Merkez məhəlləsində qırmızı işıqda gözləyən Azərbaycan vətəndaşına motosikletlə yaxınlaşan iki nəfər atəş açıb və onu ağır yaralayıblar.

Hadisə vaxtı sürücünün yanında qadın olsa da, o xəsarət almayıb.

Təqsirkarlar hadisə yerindən uzaqlaşıblar. Polis onların axtarışlarını davam etdirir.

Silah səslərini eşidən vətəndaşlar hadisə yerinə polis və təcili tibbi yardım çağırıblar. Sürücü xəstəxanaya yerləşdirilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az