Kanada Rusiya Federasiyasının Sənaye və Ticarət Nazirliyinin rəhbəri Anton Əlixanova və Təhlükəsiz İnternet Liqasının rəhbəri Yekaterina Mizulinaya qarşı sanksiya tətbiq edib.
Manset.az APA-ya istinadən xəbər verir ki, sanksiyaların tətbiq olunduğu qurum və şəxslərin siyahısına həmçinin sovet xokkeyçisi Vladislav Tretyakı, bir sıra Rusiya KİV-ləri, o cümlədən “Rossiyskaya qazeta” və “Pobeda” aviaşirkəti də əlavə edilib.
Bu barədə Kanada Xarici İşlər Nazirliyinin saytında yerləşdirilən məlumatda deyilir.
Sanksiyaların Ukraynadakı vəziyyətlə bağlı olduğu bildirilir.