Əfqanıstanda güclü zəlzələ oldu

10:46 - 25 İyun 2021

Əfqanıstanda güclü zəlzələ oldu

İyunun 25-də səhər saatlarında Əfqanıstanın paytaxtı Kabulda və başqa şəhərlərdə 5,1 bal gücündə zəlzələ olub.

Manset.az  TASS-a istinadən xəbər verir ki, məlumatı ölkənin Təbii Ehtiyatlar üzrə Dövlət Komitəsi yayıb.

Yeraltı təkanların ocağı ölkənin şimal-şərqindəki Hinduquş dağ silsiləsində, 18,6 km dərinlikdə yerləşib.

Zəlzələ Parvan əyalətinin mərkəzi Çarikar şəhərində də hiss edilib.

İnsan itkisi və dağıntılar barədə hələlik məlumat yayılmayıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az