Gürcüstandan ABŞ-yə XƏBƏRDARLIQ

17:55 - 18 Sentyabr 2024

Gürcüstandan ABŞ-yə XƏBƏRDARLIQ

Gürcüstan ABŞ-yə yeni sanksiyaların nəticələri ilə bağlı xəbərdarlıq göndərib.

 

Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.

"Amerika tərəfi kritik nöqtəyə yaxınlaşıb və bundan başqa oxşar qərar qəbul edilərsə, Gürcüstanın gürcü-amerikan münasibətlərinə dair mövqeyinə əhəmiyyətli dərəcədə yenidən baxılmasına gətirib çıxara bilər” – Baş nazir İrakli Kobaxidze ABŞ-nin Gürcüstandakı səfiri Robin Dunniqan ilə görüşdə deyib.

Qeyd edək ki, bundan əvvəl Vaşinqton bəzi Gürcüstan vətəndaşlarına qarşı yeni maliyyə sanksiyaları tətbiq etmişdi.

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az