Stokholmun mərkəzində avtobusun dayanacağa çırpılması nəticəsində bir neçə nəfər ölüb və xəsarət alıb.
Manset.az Report-a istinadən xəbər verir ki, bu barədə İsveç polisi məlumat yayıb.
Stokholmun xilasetmə xidmətlərinin sözçüsü hadisə nəticəsində beş nəfərin zərər çəkdiyini bildirib.
Hadisənin səbəbləri barədə hələlik məlumat verilmir.