Fransa Dijon Həbsxanasından baş verən və film səhnələrini xatırladan inanılmaz qaçış hadisəsini müzakirə edir. Dronlar vasitəsilə içəri ötürüldüyü ehtimal edilən bıçaqlardan istifadə edən iki məhbus gecə yarısı kameralarının nəzarətini aşaraq barmaqlıqları kəsib qaçmağa nail olub. Hadisə ölkədə həbsxana təhlükəsizliyi ilə bağlı mübahisələri yenidən gündəmə gətirib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, məlumata görə, ölkənin şərqindəki Burqundiya bölgəsində yerləşən Dijon Həbsxanasında iki məhbus dronlarla içəri göndərilən kəsici alətlərdən yararlanaraq barmaqlıqları kəsib və təhlükəsizlik kameralarından yayınaraq müəssisəni tərk edib. Hadisə sonrası Fransada “bu necə oldu ki, vaxtında aşkarlanmadı?” sualı ətrafında ciddi müzakirələr aparılır.
Qaçan məhbuslardan birinin qətl törətməyə cəhd və cinayətə təhrik ittihamları ilə mühakimə olunan 19 yaşlı gənc, digərinin isə həyat yoldaşına qarşı zorakılıq səbəbilə həbsdə saxlanılan 32 yaşlı kişi olduğu bildirilib.