İsrail Müdafiə Qüvvələri Tehranın mərkəzində İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) mərkəzi qərargahına zərbə endirdiyini bildirib.
Manset.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidmətinin Teleqram kanalında yayılan bəyanatda bildirilib.
"İsrail Müdafiə Qüvvələri Tehranın mərkəzi rayonlarına endirilən silsilə hücumlar zamanı SEPAH-ın əsas qərargahına zərbə endirib", - məlumatda qeyd olunub.
Məlumata görə, bu qərargah SEPAH tərəfindən müxtəlif bölmələrin fəaliyyətinin əlaqələndirilməsi və əməliyyat şəraitinin qiymətləndirilməsi üçün istifadə olunub.