Kolumbiyada təyyarə qəzaya uğradı 

23:53 - 23 Mart 2026

Kolumbiyada təyyarə qəzaya uğradı 

Kolumbiya Hərbi Hava Qüvvələrinə məxsus, 100-dən çox hərbçini daşıyan “Hercules C-130” təyyarəsi qəzaya uğrayıb.


Manset.az xəbər verir ki, bu barədə Caracol radiosu məlumat yayıb.

    Məlumata görə, hadisə ölkənin cənubunda, Puerto-Legisamo şəhərində uçuş zamanı baş verib.

    Kolumbiyanın müdafiə naziri Pedro Sançes hadisəni təsdiqləyib.

    “Dərin kədər hissi ilə bildirirəm ki, silahlı qüvvələrimizin hərbçilərini daşıyan “Hercules” təyyarəsi uçuş zamanı qəzaya uğrayıb”, – deyə o qeyd edib.

    Nazir bildirib ki, qəza yerində hərbçilər işləyir, lakin ölənlərin sayı və hadisənin səbəbləri hələlik dəqiq müəyyən edilməyib.


    Bizi Facebook-da izləyin
    Yeniliklərdən xəbərdar olun
    Keçid et

    Digər xəbərlər

    Xəbər xətti

    Bütün xəbər xətti
    yenielan.az
    yenielan.az