Türkiyənin Kayseri vilayətinin Pınarbaşı rayonunda 4,1 maqnitudalı zəlzələ baş verib.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, AFAD-ın məlumatına görə, zəlzələ yerli vaxtla saat 09:53-də qeydə alınıb.
Yeraltı təkanın ocağı 7 kilometr dərinlikdə yerləşib.
Zəlzələ qısa müddət ərzində əhali arasında təşviş və qorxuya səbəb olsa da, hər hansı mənfi hal barədə məlumat daxil olmayıb.
Zəlzələ ilə bağlı rəsmi qurumlar tərəfindən hələlik əlavə açıqlama verilməyib.