Pakistanın paytaxtı İslamabadda xəstəxananın yenidoğulmuşlar şöbəsində yanğın baş verib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, qəza nəticəsində 15 körpə həyatını itirib.
Pakistan mətbuatının yaydığı məlumata görə, yerli vaxtla saat 06:45-də Pakistan Tibb Elmləri İnstitutunun yenidoğulmuşlar şöbəsində kondisionerin kompressorunun partlamasından sonra yanğın başlayıb.
Yanğın zamanı şöbədə olan körpələrdən birinin xilas edildiyi bildirilib.
Yanğının başvermə səbəbinin müəyyənləşdirilməsi məqsədilə araşdırmaya başlanılıb.