logo
logo logo
logo

Netanyahunun oğluna sui-qəsd hazırlanıb? 

12:14 - 26 Avqust 2026

Netanyahunun oğluna sui-qəsd hazırlanıb? 

İsrailin Baş naziri Binyamin Netanyahunun oğlu Yair Netanyahunun ABŞ-nin Mayami şəhərində olarkən İran tərəfindən hazırlanan sui-qəsd planının hədəfində olduğu iddia edilib.


Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, İsrail kəşfiyyatı ötən ilin dekabrında Yair Netanyahunu hədəfə alan plan barədə məlumat əldə edib. İranla əlaqəli şəxslərin həmin vaxt Mayami ərazisində olduğu və Netanyahunun yaşadığı ünvanı, eləcə də gündəlik hərəkətlərini izlədiyi bildirilib.

İsrail tərəfinin ABŞ rəsmilərini təhlükə barədə məlumatlandırdığı və Yair Netanyahunun Floridanı dərhal tərk etməsinin tələb olunduğu qeyd edilib. Bundan sonra o, şəxsi əşyalarını belə götürmədən ABŞ-dən ayrılaraq İsrailə qayıdıb.

Hazırda Yair Netanyahunun İsraildə yaşadığı bildirilir.

Binyamin Netanyahu avqustun 24-də İsrail televiziyasına açıqlamasında oğullarından birinin İranın sui-qəsd cəhdinin hədəfi olduğunu demişdi. Baş nazir həmin vaxt oğlunun adını açıqlamamışdı.

Yair Netanyahunun İranın hədəfinə çevrilməsi ilə bağlı məlumatın isə sonradan yayıldığı bildirilir. İsrail rəsmiləri təhlükə səbəbilə Netanyahu ailəsinin mühafizəsinin gücləndirilməsinə də qərar verib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az