Belçikanın Meçelen şəhəri və ətrafında heyvanlarda Qərbi Nil virusunun aşkarlanmasından sonra virusun insanlara yayılma ehtimalına qarşı səhiyyə müəssisələrinə xəbərdarlıq edilib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, məlumatlara görə, Meçelen şəhər rəhbərliyi atlar və ağcaqanadlar üzərində aparılan testlərin virusun bölgədə yayıldığını göstərdiyini açıqlayıb.
Şəhər rəhbərliyi xəstəxanalardan və həkimlərdən mümkün yoluxma hallarının müəyyənləşdirilməsi zamanı Qərbi Nil virusu infeksiyasını da nəzərə almağı xahiş edib.
Belçika Qızıl Xaçı isə Brüsselin yaxınlığında yerləşən Vilvorde ətrafında qan verən şəxslərdə mümkün yoluxma hallarının aşkarlanması üçün testlərə başlanacağını bildirib.