logo
logo logo
logo

Qətər Baş naziri Tehrana gedir - Hörmüz boğazı müzakirə olunacaq

10:20 - 27 Avqust 2026

Qətər Baş naziri Tehrana gedir - Hörmüz boğazı müzakirə olunacaq

Qətər Xarici İşlər Nazirliyinin sözçüsü Macid əl-Ənsari sosial şəbəkədəki hesabında paylaşım edərək, Baş nazir və xarici işlər naziri Məhəmməd bin Əbdürrəhman Al Səninin bu gün İranın paytaxtı Tehranda bir sıra görüşlər keçirəcəyini bildirib.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, Əl-Ənsari Al Səninin İran rəsmiləri ilə bir sıra görüşlər keçirəcəyini, danışıqlar zamanı gərginliyin azaldılması və dialoq üçün şəraitin yaradılması imkanlarının müzakirə ediləcəyini qeyd edib.

O, Qətərin fikir ayrılıqlarının yeganə həll yolunun diplomatiya və dialoqdan keçdiyinə dair dəyişməz mövqeyini vurğulayıb.

Əl-Ənsari bildirib: “Al Səni Tehranda Hörmüz boğazında gəmiçilik azadlığını, eləcə də boğazdan keçidlərin fevralın 28-dən əvvəlki vəziyyətə qaytarılmasını müzakirə edəcək”.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az