Venesuelada iyunun 24-də baş verən 7,2 və 7,5 maqnitudalı iki güclü zəlzələ nəticəsində ölənlərin sayı 6 min 509 nəfərə yüksəlib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Venesuela Milli Assambleyasının sədri Xorxe Rodriqes sosial şəbəkə hesabında yaydığı açıqlamada bildirib ki, iyunun 24-də baş verən iki güclü zəlzələ nəticəsində həyatını itirənlərin sayı 71 nəfər artaraq 6 min 509-a çatıb. Onun sözlərinə görə, zəlzələ nəticəsində 16 min 740 nəfər xəsarət alıb.
Zəlzələlərdən ən çox insan tələfatı və maddi zərərin qeydə alındığı La Quayra ştatının qubernatoru Xose Alehandro Teran isə bölgədə 1 579 nəfərin hələ də itkin düşdüyünü açıqlayıb.