Rusiya ilə Avropa ölkələri arasında gərginlik yeni mərhələyə qədəm qoyub.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, İsveç, Niderland, Polşa və İspaniyanın “Euroclear”də saxlanılan dondurulmuş Rusiya aktivlərinin Ukraynanın maliyyələşdirilməsi üçün istifadəsi ilə bağlı diplomatik təşəbbüs göstərəcəyi bildirilib.
Məlumata görə, İsveç, Niderland, Polşa və İspaniya bu həftə Avropa İttifaqı Komissiyasına birgə məktub göndərməyə hazırlaşır.
Məktubda Rusiya Mərkəzi Bankına məxsus dondurulmuş aktivlərin Ukraynanın maliyyələşdirilməsi üçün istifadəsi ilə bağlı işlərin yenidən başlanması tələb olunacaq.
Dondurulmuş Rusiya aktivlərinin böyük hissəsi Brüsseldə yerləşən qiymətli kağızların hesablaşma və saxlanması qurumu “Euroclear”də saxlanılır. Dörd Avropa ölkəsi həmin vəsaitlərin Ukraynanın ehtiyacları üçün istifadəsi məsələsi üzrə müzakirələrin yenidən gündəmə gətirilməsinə çağırış etməyə hazırlaşır.