Fransanın Normandiya bölgəsində yerləşən Kan şəhərində qorxulu anlar yaşanıb.
Manset.az-ın Fransa yerli mətbuatına istinadən məlumatına görə, saat 22:00 radələrində bir avtomobil hələlik dəqiq müəyyənləşdirilməyən səbəbdən insanların sıx olduğu əraziyə daxil olub.
Hadisə Kan dəmir yolu vağzalının yaxınlığında baş verib. Hadisə yerinə çox sayda polis və təcili tibbi yardım əməkdaşı göndərilib. Yerli hakimiyyət orqanları ilkin məlumatlara əsasən 1 nəfərin öldüyünü, 6-sı yüngül olmaqla 10 nəfərin yaralandığını açıqlayıb.
Hadisə ilə əlaqədar 1 şübhəli saxlanılıb və ətraflı araşdırmaya başlanılıb.
Hadisənin ərazidəki əyləncə məkanlarından birində baş verən davadan sonra törədildiyi iddia olunur. Lakin bu məlumat hələlik rəsmi qurumlar tərəfindən təsdiqlənməyib.