Məşhur britaniyalı aktyor Tim Curry 80 yaşında həyatını itirib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, karyerası ərzində kino, televiziya və teatrda bir çox uğurlu layihədə rol alan aktyor xüsusilə “It” filmində canlandırdığı Pennywise obrazı ilə tamaşaçıların yaddaşında qalıb.
Tim Currynin çərşənbə axşamı gecəsi Los-Ancelesdəki evində vəfat etdiyi bildirilir. Məlumata görə, çağırışdan sonra tibbi yardım briqadaları aktyorun evinə gəlib, lakin onun hadisə yerində həyatını itirdiyi müəyyənləşdirilib.
Aktyorun ölümündə şübhəli halın olmadığı açıqlanıb. Currynin vəfatı sənət dünyasında və onu sevən pərəstişkarları arası