Norveç Kralı V Harald 89 yaşında müalicə aldığı xəstəxanada vəfat edib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Avropanın ən yaşlı hökmdarı olan V Harald ötən həftə xəstəxanaya yerləşdirilmişdi.
Kral avqustun 17-dən etibarən qırmızı qan hüceyrələrinin normadan çox sürətlə parçalanmasına səbəb olan hemolitik anemiya xəstəliyindən müalicə olunurdu. Bu xəstəlik yorğunluq və nəfəs darlığına səbəb olur.