Almaniyanın Brandenburq əyalətinin Qosen-Noy-Zittau şəhərində yerləşən məktəbdə hücum baş verib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, hücum nəticəsində 18 yaşlı qız şagird və məktəbdə çalışan kişi həyatını itirib.
Hadisədən sonra polis 19 yaşlı Almaniya vətəndaşı olan şübhəlini saxlayıb. Hücumda öldürülən 18 yaşlı şagirdin şübhəlinin keçmiş sevgilisi olduğu bildirilib.
Polis hücumun səbəblərinin və hadisə zamanı hansı silahdan istifadə edildiyinin müəyyənləşdirilməsi istiqamətində araşdırmanın davam etdiyini açıqlayıb.