İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf bildirib ki, İranın neft satışının qarşısı alınacağı təqdirdə, bölgədə heç bir ölkənin neft satmasına imkan verməyəcəklər.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, həmçinin Hörmüz boğazında vəziyyətin əvvəlki vəziyyətinə qayıtmayacağını deyib.
Qalibaf ABŞ-nin İranın neft ixracının qarşısını almaq cəhdlərinə işarə edərək “Müharibənin qaydası aydındır: ya hamı, ya heç kim. Bizim neft sata bilmədiyimiz bir bölgədə heç kim neft sata bilməyəcək” ifadələrini işlədib.
İran parlamentinin sədri əlavə edib: “İranın infrastrukturu təhlükəsiz olmadığı müddətdə heç bir infrastruktur təhlükəsiz olmayacaq. Hörmüz boğazının təhlükəsizliyi ABŞ qüvvələrinin bölgədə olmamasından asılıdır. Boğazın əvvəlki vəziyyətinə qayıtmayacağını dəfələrlə bildirmişik”.