Rusiya Müdafiə Nazirliyi Ukraynanın Kiyev vilayətində və Odessa limanında hərbi təyinatlı anbarların vurulduğunu açıqlayıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, nazirliyin məlumatına görə, Rusiya ordusu Ukrayna ordusunun istifadə etdiyi logistika mərkəzlərinə və Ukrayna limanlarına qarşı hücumları davam etdirir.
Açıqlamada bildirilib ki, gecə saatlarında Kiyev vilayətində qanadlı raketlər üçün hissələrin və yanacağın saxlanıldığı anbar, Odessa limanında isə 6 hərbi anbar vurulub. Hücumların pilotsuz uçuş aparatları vasitəsilə həyata keçirildiyi qeyd olunub.