Rusiyanın hava zərbələri nəticəsində Ukraynanın Pavloqrad şəhərində 17 yaşlı gənc ölüb, 7 nəfər yaralanıb.
Manset.az APA-ya istinadən xəbər verir ki, Rusiya ordusunun avqustun 28-də Dnepropetrovsk vilayətinin Pavloqrad şəhərinə endirdiyi zərbə nəticəsində təsərrüfat malları satılan supermarketdə güclü yanğın baş verib.
Dnepropetrovsk vilayətinin hərbi administrasiyasının rəhbəri Aleksandr Qançanın sözlərinə görə, yaralananlardan üçünün vəziyyəti ağırdır. Zərbə nəticəsində yaşayış evlərindən biri də zədələnib.
Yanğınsöndürənlər yanğını lokallaşdırıblar. Hücum nəticəsində 17 yaşlı gəncin öldüyü bildirilib.