Məşhur türkiyəli komediya aktyoru Cem Yılmaz Çanaqqalada istirahət zamanı səhhəti pisləşərək xəstəxanaya yerləşdirilib.
Manset.az xəbər verir ki, sinə ağrısı şikayəti olan Yılmaza Ayvacık Dövlət Xəstəxanasında ilkin tibbi yardım göstərilib.
Onun ürək spazmı keçirdiyi bildirilib.
Vəziyyəti nəzarət altında olan Cem Yılmaz daha ətraflı müayinə və müalicə üçün Çanaqqala Onsekiz Mart Universitetinin Tibb Fakültəsinin xəstəxanasına sövq edilib.