Ukraynanın məlumatına görə, Rusiya Kiyev və Çerniqova yeni quru hücumları planlaşdırır.
Manset.az Politico-ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezident Aparatı rəhbərinin müavini Pavel Palisa bildirib.
Onun sözlərinə görə, Rusiya hərbi rəhbərliyinə Kremlin siyasi rəhbərliyi tərəfindən bu iki şəhərə hücumların planlaşdırılması və hazırlıq görülməsi tapşırılıb. Lakin hazırda Rusiya qoşunlarının hücum üçün cəmləşdiyinə dair sübut yoxdur.
Palisa qeyd edib ki, Ukraynanın əsas məqsədi Rusiyanın hər hansı hücum əməliyyatına başlaya bilməsi üçün şəraitin yaranmasının qarşısını almaqdır.
Bu açıqlama Rusiyanın yeni səfərbərlik imkanlarını sınaqdan keçirdiyi barədə xəbərlər fonunda səslənib. Polşanın Baş naziri Donald Tusk isə Rusiyanın eskalasiyanı davam etdirdiyini və qarşıdakı altı ayın təhlükəsizlik baxımından həlledici olacağını bildirib.
Ukrayna Prezidenti Volodimir Zelenski də Rusiyanın Kiyevə demək olar ki, fasiləsiz reaktiv dronlarla hücum etdiyini deyib və İran istehsalı “Şahed” dronlarını məhv edə biləcək raketlərin istehsalının sürətləndirilməsinə ehtiyac olduğunu vurğulayıb.