logo
logo logo
logo

İsveçrədə əyləncə gecəsində atışma - Xəsarət alanlar var

11:17 - 30 Avqust 2026

İsveçrədə əyləncə gecəsində atışma - Xəsarət alanlar var

İsveçrənin Aarau şəhərindəki ippodromda keçirilən əyləncə gecəsi zamanı atışma baş verib.


Manset.az "Blick" qəzetinə istinadən xəbər verir ki, insidentdən sonra hadisə yerinə çox sayda polis əməkdaşı, təcili tibbi yardım briqadaları və yanğınsöndürənlər cəlb olunublar.

İppodromun ətrafı mühasirəyə alınıb. Polis bir neçə dəfə atəş açıldığını və xəsarət alanların olduğunu təsdiqləyib. Ölənlərin olub-olmaması barədə hələlik məlumat yoxdur.

Qəzetin məlumatına görə, hüquq-mühafizə orqanlarının vətəndaşlara hadisə zonasından uzaq durmaq barədə müraciət etməsi atışmada şübhəli bilinən şəxslərin hələ də saxlanılmadığını göstərə bilər.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az