Fələstin dövlətinin başçısı Mahmud Abbas iyulun 9-11-da Türkiyədə səfərdə olacaq.
Manset.az trthaber.com-a istinadən xəbər verir ki, səfər Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə həyata keçirilir.
M.Abbas türkiyəli həmkarı ilə görüşəcək. Görüşdə ikitərəfli əməkdaşlıq, İsrail-Fəsələtin münaqişəsindəki son vəziyyət, Fələstindəki siyasi durum kimi məsələlər müzakirə olunacaq.
 
                                 
                                 
                                 
                                 
             
                 
                                 
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                            