“Yuventus”un hücumçusu Kriştiano Ronaldo otel biznesini genişləndirib.
Manset.az xəbər verir ki, portuqaliyalı futbolçu bununla bağlı sosial şəbəkə hesablarında paylaşım edib. O, otel kompleksi şəbəkəsini ilk dəfə Avropadan kənara çıxarıb. Ronaldo ABŞ-ın Nyu-York şəhərində otel açıb. Manhettenin mərkəzində yerləşən mehmanxananın “Pestana CR7” adlanır.