Andrey Paliyin Ukraynada öldürüldüyü təsdiqləndi

22:48 - 20 Mart 2022

Andrey Paliyin Ukraynada öldürüldüyü təsdiqləndi

Qara dəniz donanmasının komandan müavini, Rusiyanın 1-ci dərəcəli kapitanı Andrey Paliy Ukraynada öldürülüb.

Manset.az xəbər verir ki, bu barədə məlumatı Sevastopolun senatoru Yekaterina Altabayeva təsdiqləyib. O bildirib ki, A. Paliy Mariupolda gedən ağır döyüşlər zamanı öldürülüb.

Qeyd edək ki, Andrey Paliy Rusiya Dəniz Donanmasının tanınmış hərbçilərindən olub. O, Rusiyanın 2008-ci ildə Gürcüstanda apardığı müharibədə də iştirak edib. 

Bundan əvvəl Ukrayna Silahlı Qüvvələri A. Paliyin öldürülməsi haqda məlumat yaysa da, Rusiya tərəfi xəbəri təsdiqləməmişdi. 


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az