Qərb Rusiyanı "ləğv etməyə" çalışır - Kiriyenko

10:34 - 21 Mart 2022

Qərb Rusiyanı \"ləğv etməyə\" çalışır - Kiriyenko

Bəzi Qərb liderlərinin sərsəm fikirləri var ki, onlar Rusiyanı “ləğv etməyə” cəhd edə bilərlər. Bu, heç vaxt olmayacaq.

 

Manset.az xəbər verir ki, bu açıqlama ilə Rusiya Prezidenti Administrasiyası rəhbərinin birinci müavini Sergey Kiriyenko çıxış edib.

“Ləğv mədəniyyəti Qərbdə populyarlaşıb, bəyənmədiklərini və ya baxışlarına uyğun gəlməyənləri ləğv etməyə çalışırlar. Düşünürəm ki, Qərb liderlərinin bəzilərinin sərsəm fikirləri var ki, onlar Rusiyanı ləğv etməyə cəhd edə bilərlər: onlar rus olmaq hüququnu, rusca danışmaq hüququnu, rus mədəniyyətini sevmək hüququnu ləğv etməyə çalışa bilərlər. Bu, heç vaxt olmayacaq, heç vaxt işləməyəcək”, - Kiriyenko qeyd edib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az