Kiyevdə ticarət mərkəzi atəşə tutuldu - Ölən və yaralananlar var - VİDEO

11:15 - 21 Mart 2022

Kiyevdə ticarət mərkəzi atəşə tutuldu - Ölən və yaralananlar var - VİDEO

Ukraynanın paytaxt Kiyevin Podolski rayonunda Rusiya silahlılarının ticarət mərkəzini atəşə tutması nəticəsində 4 nəfər həlak olub, 1 nəfər yaralanıb.

 

Manset.az xəbər verir ki, bu barədə Ukrayna Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin Kiyev şəhəri üzrə Baş İdarəsi məlumat yayıb.

Eyni zamanda ticarət mərkəzinin dayanacağında və 3-4-cü mərtəbəsində avtomobillər yanıb.

Gecə saatlarında yanğınsöndürənlər tərəfindən ümumi sahəsi 1500 kvadratmetr olan yanğın lokallaşdırılıb. Hadisə yerinə 11 yanğınsöndürmə texnikası və 63 canlı qüvvə cəlb olunub.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az