Ukraynanın Sumi şəhərində Rusiya hərbçiləri tərəfindən mühasirəyə alınan kimya zavodunda ammonyak sızması qeydə alınıb.
Manset.az xəbər verir ki, sızıntıdan sonra açıqlama verən Sumi qubernatoru Dmitri Jivitski obyektin ətrafındakı 5 kilometrlik ərazinin təhlükəli olduğunu bildirib. Ammonyak qazının tənəffüs edilməsi zəhərli və qıcıqlandırıcı təsirinə görə ağciyərlərdə spazma, yanma hissi, baş ağrısı, huşunu itirmə kimi sağlamlıq problemlərinə səbəb olur. Həddindən artıq ammonyak qazına məruz qalma ölüm ilə nəticələnə bilər.